"BakiPost" saytının baş redaktoru, Sabir Rüstəmxanlının bacısı oğlu saxlanıldı

BakiPost saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb. Bu barədə criminal.az məlumat yayıb. İddialara görə, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları onu məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıb. Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur. Onu da qeyd edək ki, teleqraf.com-un əməkdaşı Elçin Zahiroğlu ilə əlaqə saxlamağa çalışıb. Lakin baş redaktorun telefonu söndürülmüş vəziyyətdədir.

DİGƏR XƏBƏRLƏR

Top