
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan xarici ölkələrə 9 milyard dollar dəyərində 14,7 milyon ton xam neft satıb və xam neftin 1 tonunun orta gömrük dəyəri 632 dollar (1 barel 84 dollar) olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, Azərbaycan xam nefti ən yüksək qiymətə Hindistana, ən aşağı qiymətə isə Portuqaliyaya satıb.
Hindistana satılan xam neftin 1 bareli 103,8 dollar, Portqualiyaya satılan xam neftin 1 bareli isə 76,65 dollar olub.
Xarici ölkələrə satılan neftin miqdarı və statistik dəyərini təqdim edirik:

Məlumat üçün onu da bildirək ki, Gömrük Komitəsi bu ilin ilk 8 ayında xam neftin ixrac olunduğu ölkələrin tam siyahısını açıqlamayıb. Lakin bu ilin ilk 7 ayının məlumatlarından belə görünür ki, xam neft adları qeyd olunan ölkələrdən başqa Türkiyəyə, Qazaxıstana, Rusiyaya, İndoneziyaya, Tayvana, Fransaya, Xorvatiyaya, İrlandiyaya və Niderlanda da ixrac olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz