
Bu ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına xaricdən 3 milyard 666,9 milyon dollar birbaşa investisiya yatırılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin ilk 6 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% və ya 444,4 milyon dollar artıb.
Belə ki, 2025-ci ilin ilk 6 ayında ölkə iqtisadiyyatına 3 milyard 222,5 milyon dollar birbaşa xarici investisiya yatırılıb.
Qeyd edək ki, Azərbaycanın əsas investor ölkəsi Böyük Britaniya olub. Bu ölkədən daxil olan investisiyalar 806,3 milyon dollardan 936,4 milyon dollara yüksəlib. Böyük Britaniyanın ümumi investisiyalardakı payı da 25%-dən 25,5%-ə çatıb.
Türkiyədən Azərbaycana yatırılan birbaşa investisiyalar isə daha kəskin artaraq 628,7 milyon dollardan 902,7 milyon dollara yüksəlib. Beləliklə, Türkiyənin ümumi investisiyalardakı payı 19,5%-dən 24,6%-ə çatıb.
Kiprdən daxil olan investisiyalar 353,4 milyon dollardan 411,1 milyon dollara, Rusiyadan yatırımlar isə 129,7 milyon dollardan 237,1 milyon dollara yüksəlib.
Əvəzində İsveçrədən Azərbaycana yatırılan investisiyalar kəskin azalaraq 226,6 milyon dollardan 43,4 milyon dollara düşüb. Gürcüstandan daxil olan investisiyalar da 69,1 milyon dollardan 23,6 milyon dollara enib.
Birləşmiş Ərəb Əmirliklərindən yatırılan sərmayənin həcmi də azalaraq 175,6 milyon dollardan 158,7 milyon dollara düşüb.
Azərbaycan iqtisadiyyatına ən çox birbaşa investisiya yatıran ölkələr aşağıdakı kimi olub:
Böyük Britaniya – 25,5% (936,4 milyon dollar);
Türkiyə – 24,6% (902,7 milyon dollar);
Kipr – 11,2% (411,1 milyon dollar);
Rusiya – 6,5% (237,1 milyon dollar);
İran – 5,6% (203,8 milyon dollar);
Macarıstan – 5,4% (199,6 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 4,3% (158,7 milyon dollar);
ABŞ – 3,6% (131,6 milyon dollar);
Yaponiya – 3,1% (113,5 milyon dollar);
Fransa – 1,7% (60,9 milyon dollar);
Niderland – 1,6% (60,1 milyon dollar);
İsveçrə – 1,2% (43,4 milyon dollar);
Hindistan – 0,8% (29,9 milyon dollar);
Qazaxıstan – 0,8% (28 milyon dollar);
Gürcüstan – 0,6% (23,6 milyon dollar);
Çin – 0,4% (15,5 milyon dollar);
Avstriya – 0,4% (13,6 milyon dollar);
Almaniya – 0,3% (11,3 milyon dollar);
Belarus – 0,3% (9,5 milyon dollar);
Polşa – 0,2% (8,7 milyon dollar);
İrlandiya – 0,2% (7,8 milyon dollar);
Çexiya – 0,2% (6,6 milyon dollar);
Lüksemburq – 0,2% (5,9 milyon dollar);
İsveç – 0,2% (5,6 milyon dollar);
Honkonq – 0,1% (5,1 milyon dollar);
Asiya İnkişaf Bankı – 0,1% (4 milyon dollar);
İsrail – 0,1% (3,5 milyon dollar);
Beynəlxalq Maliyyə Korporasiyası – 0,1% (3,4 milyon dollar);
Özbəkistan – 0,1% (2,7 milyon dollar);
Digər dövlətlər – 0,6% (23,5 milyon dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz