6 ayda Azərbaycan xarici ölkələrə 5 milyard dollar investisiya yatırıb – Siyahı


Bu ilin ilk yarısında Azərbaycandan xarici ölkələrə 5 milyard 360 min dollar birbaşa investisiya yatırılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 650,6 milyon dollar və ya 3,7 dəfə artıb.
Belə ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycanın xarici ölkələrə yatırdığı birbaşa investisiyaların həcmi 1 milyard 349,8 milyon dollar təşkil edib.
2026-cı ilin ilk 6 ayında Azərbaycanın xaricə yatırdığı investisiyaların əsas istiqaməti İtaliya olub. İtaliyaya yatırılan birbaşa investisiyaların həcmi 309 dəfə artaraq ötən ilin eyni dövründəki 10,5 milyon dollardan 3 milyard 245,6 milyon dollara yüksəlib. Nəticədə İtaliyanın Azərbaycanın xaricə yatırdığı ümumi investisiyalarda payı 0,8%-dən 64,9%-ə çatıb.
İtaliyaya investisiyaların kəskin artmasının əsas səbəblərindən biri SOCAR-ın bu ölkənin enerji şirkəti “Italiana Petroli”nin (IP) 99,82%-lik səhmlərini almasıdır. Sövdələşmə 2026-cı ilin may ayında tamamlanıb və SOCAR bununla İtaliyada neft emalı və yanacaq biznesində mövqelərini əhəmiyyətli dərəcədə genişləndirib.
Azərbaycanın Türkiyəyə yatırdığı birbaşa investisiyalar da artaraq 177,4 milyon dollardan 603,8 milyon dollara yüksəlib. Böyük Britaniyaya yatırılan investisiyalar 64,8 milyon dollardan 329,2 milyon dollara, Birləşmiş Ərəb Əmirliklərinə yatırılan investisiyalar isə 156,3 milyon dollardan 270,1 milyon dollara çatıb.
Gürcüstana yatırılan investisiyalar da 77,1 milyon dollardan 114 milyon dollara, ABŞ-yə yatırılan investisiyalar 77,6 milyon dollardan 102 milyon dollara, Özbəkistana yatırılan investisiyalar isə 21,4 milyon dollardan 96,2 milyon dollara yüksəlib.
2026-cı ilin ilk 6 ayında Azərbaycanın ən çox birbaşa investisiya yatırdığı ölkələrin siyahısı belə olub:
İtaliya – 64,9% (3 milyard 245,6 milyon dollar);
Türkiyə – 12,1% (603,8 milyon dollar);
Böyük Britaniya – 6,6% (329,2 milyon dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 5,4% (270,1 milyon dollar);
Gürcüstan – 2,3% (114 milyon dollar);
ABŞ – 2,0% (102 milyon dollar);
Özbəkistan – 1,9% (96,2 milyon dollar);
Oman – 0,6% (31,2 milyon dollar);
Rusiya – 0,4% (22,5 milyon dollar);
Peru – 0,4% (20,4 milyon dollar);
Avstraliya – 0,4% (19,4 milyon dollar);
İsveç – 0,4% (18,1 milyon dollar);
Rumıniya – 0,3% (13,5 milyon dollar);
Ukrayna – 0,3% (12,6 milyon dollar);
İspaniya – 0,2% (12 milyon dollar);
İsveçrə – 0,2% (11,3 milyon dollar);
Niderland – 0,2% (11 milyon dollar);
Almaniya – 0,2% (10,8 milyon dollar);
Qazaxıstan – 0,2% (7,9 milyon dollar);
Danimarka – 0,1% (6,2 milyon dollar);
Qırğızıstan – 0,1% (5,2 milyon dollar);
Norveç – 0,1% (4,4 milyon dollar);
Finlandiya – 0,1% (3,8 milyon dollar);
Yaponiya – 0,1% (3,1 milyon dollar);
Kanada – 0,1% (2,7 milyon dollar);
Fransa – 0,0% (2,4 milyon dollar);
Malayziya – 0,0% (2,2 milyon dollar);
Çexiya – 0,0% (2,1 milyon dollar);
Monako – 0,0% (1,6 milyon dollar);
Digər dövlətlər – 0,4% (15,2 milyon dollar).


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top