
2028-ci il UEFA Super Kuboku matçı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə qərar Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İcraiyyə Komitəsinin Salonikidə keçirilən iclasında qəbul edilib.
Oyun “Astana Arena”da baş tutacaq və 2027/28 mövsümünün Çempionlar Liqasının və Avropa Liqasının qalibləri qarşılaşacaq.
Qazaxıstan ilk dəfə olaraq Avropa klub turnirinin kubok matçına ev sahibliyi edəcək.
Qeyd edək ki, “Astana Arena” 2009-cu ildə açılıb və 30 min 200 tamaşaçı tutumuna malikdir. Burada həm “Astana” Futbol Klubu, həm də Qazaxıstan milli komandası yerləşir.
Xatırladaq ki, 2027-ci ildə UEFA Super Kuboku matçı Amsterdamdakı “Yohan Kroyff Arenada” keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz