Yaponiya yuxu yarışı keçirir – Yataraq mükafat qazanacaqlar


Döşəkləri ilə məşhur olan “Koala Japan” şirkəti Yaponiyada yuxu yarışı təşkil  edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “MSN News” məlumat yayıb.
Məlumata görə, yarış 5 oktyabrda Tokioda keçiriləcək.
İştirakçılar 90 dəqiqə “Koala” döşəklərində yatacaqlar və təşkilatçılar xüsusi avadanlıqlardan istifadə edərək onların yuxu keyfiyyətini qiymətləndirəcəklər.
Onlar yuxunun dərinliyini, yuxuya getmə sürətini və yuxularının sabitliyini ölçəcəklər. Qalib bu məlumatlara əsasən seçiləcək.
Baş mükafat 2,22 milyon yendir (təxminən 25 min manatl).
Rəqəm qəsdən seçilib, çünki bu, populyar mədəniyyətdə yuxunu simvolizə edən ”Zzz” səsinə bənzəyir.
Yarışa əlavə nominasiyalar da daxildir: ən dərin yuxu və ən qeyri-adi və ya “akrobatik” poza.
Hər “yarış”dan əvvəl iştirakçılar xüsusi isinmə hərəkətləri edəcəklər və yuxu keyfiyyətlərinə təsir edə biləcək təsadüfi əşyalar götürəcəklər.
Bundan əlavə, yarış zamanı gözlənilməz yuxu “pozuntuları” təşkil ediləcək. Lakin təşkilatçılar bu detalları gizli saxlayırlar.

DİGƏR XƏBƏRLƏR

Top