Nepalda ölənlərin sayı 1400-ə yaxınlaşdı


Nepalda daşqınlar nəticəsində ölənlərin sayı  1396 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) Asiya respublikasının hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Son məlumatlara görə, itkin düşənlərin sayı 2500 nəfərdir. Onlardan 610-u xarici vətəndaşdır.
Telekanalın məlumatına görə, təbii fəlakətin miqyası ilə əlaqədar ölənlərin çoxu şəxsiyyətləri təsdiqlənməmişdən əvvəl dəfn edilib.
İndiyə qədər yalnız 103 nəfərin şəxsiyyəti müəyyən edilib.
Şəxsiyyəti müəyyən etmək üçün Nepal həm ölənlərin cəsədlərindən, həm də itkin düşənlərin qohumlarından DNT nümunələri toplayır.
Digər tərəfdən, Nepal maliyyə naziri Svarnim Vaqle daşqının nəticələrinin aradan qaldırılması üçün ölkəyə təxminən 4-5 milyard dollar lazım olacağını bildirib. Bu rəqəmlər ilkindir, çünki ziyanın qiymətləndirilməsi hələ də davam edir.
Qeyd edək ki, Nepalda yüksək hündürlükdə yerləşən buzlağın çökməsi nəticəsində avqustun 26-da daşqın baş verib. Buz, qaya və palçıq uçqunu Lhende çayının qarşısını kəsib. Daşqın Bhote Koşi çayında suyun səviyyəsinin kəskin şəkildə qalxmasına səbəb olub. Buz, qaya və palçıq uçqunu Çin sərhəd bölgəsinə də təsir göstərib.

DİGƏR XƏBƏRLƏR

Top