
Fransa hakimiyyəti müdafiə sənayesi şirkətlərinin 2030-cu ilə qədər 100 000 nəfəri işə götürəcəyini bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransanın əmək naziri Jan Pyer Farandu “France Travail” əmək birjası təşkilatının dəstəyi ilə müvafiq məşğulluq planını təsdiqləyib.
Nəşrin dəqiqləşdirdiyinə görə, təşkilat daxilində təqaüddə olan generalın rəhbərlik etdiyi işçi qrupu yaradılıb.
Digər tərəfdən, hakimiyyət orqanları müdafiə sektorunun ehtiyaclarına uyğunlaşdırılmış 15 000 təlim proqramı hazırlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz