Dəmir konstruksiyadan ibarət “VAZ” 510 manata hərraca çıxarıldı – Fotolar


“VAZ 2101” markalı, 10-NB-927 nömrəli dövlət qeydiyyat nişanlı avtomobil hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan avtomobilin buraxılış ili 1980-ci ildir.
Hərrac ilə bağlı paylaşılan elanda diqqət çəkən məqamlardan biri odur ki, tamamilə yararsız vəziyyətdə olan, sadəcə dəmir konstruksiyası qalan avtomobilin ilkin bazar qiyməti 600 manat müəyyən olunub. 
Açıqlanan məlumatlardan belə görünür ki, dəmir konstruksiyadan başqa heç nəyi (təkər, motoru, pəncərələri, oturacaqları və s.) olmayan avtomobilin minimal satış qiyməti 510 manatdır.
Qeyd edək ki, avtomobil hazırda Şamaxı şəhər Yol Polis bölməsinin dayanacağında saxlanılır.




Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top