Türkiyədə bu məktəbdə 27 əkiz təhsil alır


Türkiyənin İzmir şəhərindəki Makbule Süleyman Alkan Liseyində 27 əkiz təhsil alır.
Yeniavaz.com
“Haber7.com” portalına istinadla xəbər verir ki, məktəb 2003-cü ildən bəri Buca rayonunda fəaliyyət göstərir və təxminən 1600 şagirdi var.
Bu il hazırlıq qrupunda bir cüt əkiz, altıncı və yeddinci siniflərdə hər birində dörd cüt əkiz, beşinci və səkkizinci siniflərdə isə doqquz cüt əkiz təhsil alır.
Portalın məlumatına görə, təhsil müəssisəsi artıq qeyri-rəsmi olaraq “Əkizlər məktəbi” ləqəbini qazanıb.
Müəllimlər etiraf edirlər ki, əvvəlcə oxşar görünüşlü bu uşaqları səhv salırlar, lakin daha sonra onları saç düzümlərinə, geyimlərinə, şəxsiyyətlərinə və qabiliyyətlərinə görə fərqləndirməyə alışırlar.
Şagirdlərin özləri isə bu qeyri-adi vəziyyətə fərqli reaksiya göstərirlər. Belə ki, bəzi əkizlər daim yanlarında onlara dəstək olan birini görməkdən zövq aldıqlarını bildirirlər. Bəziləri isə başqalarının onları səhv salmalarından xoşlanmadıqlarını etiraf edirlər.

DİGƏR XƏBƏRLƏR

Top