CENTCOM SEPAH-ın 2 katerini məhv etdi


ABŞ ordusu ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz dəniz aparatını ələ keçirməyə çalışan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki katerini raket zərbəsi ilə məhv edib.
Yeniavaz.com
“Axios” portalına istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi nümayəndəsi kapitan Tim Hokins məlumat verib.
Onun sözlərinə görə, İranın kiçik gəmiləri bu yaxınlarda ABŞ dronunu ələ keçirməyə cəhd göstərib, lakin CENTCOM qüvvələrinin qətiyyətli cavab zərbələrindən sonra onlar buna nail ola bilməyiblər.
Pilotsuz aparat hələ də komandanlığın nəzarəti altındadır.
İran mediası isə balıqçı qayıqlarının vurulduğunu və bir neçə balıqçının itkin düşdüyünü iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top