Ronaldo “Əl-Nəsr”i almaq isəyir


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldo klubun sahibi ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “A Bola” qəzeti məlumat yayıb.
Məlumata görə, Ronaldo və daha dörd investor klubu satın almaq üçün Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna (PIF) klubu satın almaq üçün rəsmi təklif verməyə hazırlaşır.
İnvestorların “Milan”ın sahibi Qerri Kardinale, həmçinin, iş adamları İbrahim Əl-Muhaydib, Məhəmməd Əl-Xurayci və Şərəf Əl-Həriri olduöu bildirilir.
Nəşrin məlumatına görə, Ronaldo Kardinale ilə birlikdə müqavilədə əsas fiqur olacaq. Maliyyə planına əsasən, “Əl-Nəsr”ə genişmiqyaslı kapital qoyuluşunu təmin etmək üçün beş investorun hər birindən ən azı 92 milyon avro ianə tələb olunacaq.
Prosesin ən kritik mərhələyə daxil olduğu bildirilir. Tərəflərin növbəti 48 saat ərzində PIF rəhbərliyi ilə təcili görüş keçirməsi planlaşdırılır. Bu yüksək səviyyəli görüş danışıqların nəticəsini müəyyən edəcək.
Qeyd edək ki, Ronaldonun 41 yaşı var. O, beşqat Çempionlar Liqasının, Avropa çempionatının və ikiqat Millətlər Liqasının qalibidir. O, milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində ən çox qol vurma rekorduna sahibdir.
Ronaldo 2022-ci ilin dekabr ayından “Əl-Nəsr”də oynayır. Karyerası ərzində hücumçu həmçinin “Sportinq” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Yuventus” (İtaliya) və “Real Madrid” (İspaniya) klublarında oynayıb.
Ronaldo həmçinin, beşqat “Qızıl top” mükafatının sahibidir.

DİGƏR XƏBƏRLƏR

Top