
Almanların kansler Fridrix Mertsin fəaliyyətindən narazılığı yeni rekord həddə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Forsa” sosioloji xidməti tərəfindən RTL və NTV televiziya şəbəkələrinin sifarişi ilə aparılan sorğunun nəticələrində öz əksini tapıb.
Respondentlərin yalnız 10%-i (ötən həftə ilə müqayisədə 3 faiz aşağı) Almaniya kanslerinin fəaliyyətini müsbət qiymətləndirib.
Bu, “Forsa” tərəfindən indiyə qədər qeydə alınan ən aşağı göstərici kimi qiymətləndirilib.
Respondentlərin 88%-i isə Mertsin fəaliyyətindən narazı qalıb. Qalanlar isə bitərəf qalıb.
Siyasi partiyaların reytinqində “Almaniya üçün Alternativ” (AfD) partiyası isə 27% səslə liderlikdə yerini qoruyub. Reytinq siyahısında ikinci olan Xristian-Demokrat və Xristian-Sosial İttifaqı (CDU/CSU) blokunun reytinqi ötən həftə ilə müqayisədə 1% azalıb və respondentlərin 20%-i ona səs verməyə hazır olduğunu bildirib.
“Yaşıllar” partiyası isə reytinqini 2% artıraraq, 18%-ə qaldıırb və ilk üçlükdə qərarlaşıb. Bu, “Yaşıllar” partiyası üçün 2023-cü ilin aprelindən bəri ən yüksək göstəricidir.
Respondentlərin 12%-i Sol Partiyaya, eyni şəkildə 12%-i isə Sosial Demokrat Partiyasına (SPD) səs verməyə hazır olduğunu qeyd edib.
8-14 sentyabr tarixləri arasında aparılan sorğuda 2502 nəfər iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz