"Kartdan 900 manat çəkilib, polis deyir, o puldan əlini üz" - Açıqlama


Bakı şəhər sakini Mətanət Musayeva dələduzluğa məruz qalması ilə bağlı müraciətinin polis tərəfindən araşdırılmamasından şikayətçidir.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Facebook”da yazıb.
“Bacımın adına olan "Birkart"dan 900 manat pul çəkilib. Polisə vermişəm, mənə deyirlər ki, o puldan əlini üz, o pul xaricə getdi. Mənə nağıl oxuyur. Pul çəkiləndə telefona SMS gəlib və orada göstərilir ki, bizim kartdan hansısa karta pul köçürülüb. Pul oğurlayan kart bizim milli kartdır, xarici deyil. Gedib bankdan maraqlanmışam, deyirlər ki, polis gəlsin məlumatları verək. Gəlib polisə deyirəm, deyirlər ki, get bankdan kartın çıxarışını gətir. Mən anlamıram, hər şeyi mən edirəmsə, onda polisə niyə şikayət ərizəsi yazdım? Bunlar polisin işi deyilmi?”, - M.Musayeva bildirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin rəsmisi Zeyni Hüseynov Yeniavaz.com-a bildirib ki, vətəndaşa müraciət olunub, şikayət araşdırılıb, ətraflı məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top