
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskvaya səfır edəcək.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, müvafiq Sərəncamı Ermənistan Baş naziri Nikol Paşinyan imzalayıb.
Simonyanın rəhbərlik etdiyi Ermənistan Təhlükəsizlik Şurasının nümayəndə heyəti 8-9 noyabr tarixlərində MDB Təhlükəsizlik Şurası katiblərinin 14-cü iclasında iştirak edəcək.
Simonyanla yanaşı, Təhlükəsizlik Şurası aparatının rəhbəri Vanik Avetisyan, həmçinin katibin müşavirləri Anahit Poqosyan və Aşxen Ayrapetyan da Moskvaya səfər edəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz