Maliyyə nazirinin yeni müavini kimdir? – Dosye


Xəbər verdiyimiz kimi, Prezidentin Sərəncamı ilə Sadiq Əliyev Azərbaycanın maliyyə naziri Sahil Babayevə yeni müavin təyin olunub.
Yeniavaz.com
xəbər verir ki, o bu təyinata qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsini tutub.
1984-cü ildə anadan olan Sadiq Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistr təhsilini fərqlənmə ilə başa vurub.
Əmək fəaliyyətinə 2005-ci ildə özəl sektorda başlayıb.
2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə olub. 2019-cu ildə İqtisadiyyat Nazirliyinin Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib. 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri olub. 2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin edilib və 2026-cı ilin yanvarınadək bu vəzifədni tutub.
2026-cı il yanvarın 8-də Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin edilib.
Sadiq Əliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.
Ailəlidir, üç övladı var.

DİGƏR XƏBƏRLƏR

Top