
“Sülh və sabitliyin hökm sürdüyü Cənubi Qafqaz region ölkələri ilə yanaşı, bütün Türk dünyası üçün mühüm imkanlar yaradacaq”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Anakarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü çərçivəsində keçirilən Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.
“Azərbaycanlı qardaşlarımızın Ermənistanla apardığı təmasları dəstəkləyir, davamlı sülhün təmin olunması üçün əlimizdən gələn töhfəni verməyə davam edəcəyimizi bildirirəm.
Regionumuzda baş verən münaqişələr heç bir tərəfə fayda gətirmədiyi kimi, qlobal iqtisadiyyat, ticarət və enerji bazarları üçün də ağır nəticələrə səbəb olur.
İranla son dövrlərdə yenidən artan gərginliyin silahlar əvəzinə diplomatiya yolu ilə aradan qaldırılmasını arzulayırıq”, - Ərdoğan bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz