Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirildi


Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla başlayıb. Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla çıxış ediblər. Həmçinin çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və səhnə performansları nümayiş olunub.
Qeyd edək ki, ilk dəfə keçirilən turnirdə FIFA-ya üzv 189 ölkənin komandaları iştirak edib. Çempionat çərçivəsində 1000-ə yaxın oyun keçirilib. Qarşılaşmalar Hövsan Yarış Kompleksində təşkil olunub. Açılış və final mərasimləri isə Bakı Kristal Zalında baş tutub. 
Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.
Azərbaycan millisi turniri 84-cü pillədə başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top