Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına qoşulmasını təklif edib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə çıxışı zamanı Rusiyanın quruma üzv qəbul edilməsini təklif edib.
Yeniavaz.com
xəbər verir ki, o bu addımın təşkilatın nüfuzunu əhəmiyyətli dərəcədə artıracağını bildirib.
“Rusiyanın niyyətinə müsbət yanaşmaq və ona bu formata qoşulmağı və ya TDT-nin fəaliyyətində müşahidəçi qismində iştirak etməyi təklif etmək düzgün və ədalətli qərar olardı”, - deyə Tokayev bildirib.
Rusiyanın uzun müddətdir türk dünyası ilə sıx əlaqələr saxladığını qeyd edən Tokayev deyib:
“Bu ölkədə tarixi kökləri olan çoxlu insanlar var. Bundan əlavə, bilirik ki, bir çox rus sözü türk dillərindən götürülüb. Eyni zamanda, rus sözləri də bizim dillərimizə daxil olub. Buna görə də, əgər Rusiya bu təşkilatın bir hissəsi olarsa, təşkilatımız bundan faydalanar”.

DİGƏR XƏBƏRLƏR

Top