Azərbaycan Çindən 4 ton qoyun tərindən əldə edilən piy idxal edib


Bu ilin ilk 8 ayı ərzində Azərbaycana Çindən 4 ton yağ-tər və ondan hasil olunan piyli maddələr idxal olunub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlra istinadən xəbər verir ki, idxal olunan bu məhsulun 1 kiloramının orta gömrük dəyəri 7,6 dolar (12,9 manat) olub.
Qeyd edək ki, 150500 kodu ilə idxal olunan bu məhsul qoyun yununda təbii şəkildə olan yağlı maddəyə verilən addır. Yəni qoyunun dərisindən ifraz olunan tər və yun liflərinin üzərində toplanan təbii yağ qarışığıdır. Bu maddənin əsas tərkib hissələrindən biri lanolindir. Yunu yuyub emal edərkən yağ-tər sudan ayrılır və toplanır. Sonradan emal edilərək kosmetika, əczaçılıq və digər sənaye sahələrində istifadə olunan lanolin əldə edilir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top