
Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifə Sadiq Cabir oğlu Əliyevə həvalə edilib. Bununla da, nazir müavinlərinin sayı 4-ə çatıb.
Qeyd edək ki, o, buna qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru işləyib.
Xatırladaq ki, hazırda maliyyə naziri Sahil Babayevdir.
Tətbiqimizi yükləyə bilərsiniz