İran Hörmüz boğazında iki tankerlə bağlı insident baş verdiyini açıqlayıb


İcazə verilməyən marşrutla hərəkət etməyə cəhd göstərən və Hörmüz boğazının cənub sularında dayanan iki tankerlə bağlı insident baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
İranın dövlət teleradio şirkətinin yaydığı bəyanatda bildirilib ki, insidentlər zamanı gəmilər boğazın qərb və şərq hissələrində olublar.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, tankerlər bütün naviqasiya və mövqetəyinetmə sistemlərini söndürüblər. Onlar ABŞ ordusunun dəstəyi ilə boğazı qadağan olunmuş marşrutla tərk etməyə çalışıblar.
Radioəlaqə vasitəsilə bir neçə dəfə edilən xəbərdarlıqlara məhəl qoymayan tankerlər təhlükəli zonaya daxil olublar.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri baş verənləri ABŞ-nin hərəkətlərinin və Hörmüz boğazından keçidlə bağlı İranın müəyyən etdiyi qaydaların nəzərə alınmamasının nəticəsi kimi qiymətləndirib.

DİGƏR XƏBƏRLƏR

Top