İlk U-15 dünya çempionu İspaniya oldu


Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına yekun vurulub.
Yeniavaz.com
xəbər verir ki, mundialın əsas finalında Çexiya və İspaniya yığmaları qarşılaşıblar. Bakı Kristal Zalında təşkil olunan matç ispanların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da İspaniyanın U-15 yığması tarixdə ilk dəfə keçirilən FIFA U-15 dünya çempionatı və festivalının qalibi olub.
Qeyd edək ki, dünya çempionatı FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.

DİGƏR XƏBƏRLƏR

Top