
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, qəbul zamanı, Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub. İki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, türk dünyasının birliyinin və həmrəyliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tətbiqimizi yükləyə bilərsiniz