ABŞ-də keçirilən seçkilərdə səs verən ilk Roma Papası oldu


Roma Papası XIV Leo aralıq konqres seçkilərində səs verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bununla da o, ABŞ seçkilərində iştirak edən ilk Roma Papası olub.
Mətbuat xidməti bildirib ki, Papa XIV Leo öz bülletenini Çikaqoya poçt vasitəsilə göndərib.
Çikaqoda anadan olan və ABŞ vətəndaşlığını saxlayan XIV Leo qardaşı Conun yaşadığı Nyu-Lenoksda (llinoys ştatı) seçici kimi qeydiyyatdan keçib. Pontifik səsvermə tələbini oktyabrın 3-də təqdim edib.
Qeyd edək ki, Leo XIV Amerika vətəndaşlığı ilə yanaşı Peru vətəndaşlığına da malikdir.
Xatırladaq ki, ABŞ noyabrın 3-də aralıq konqres seçkiləri keçirəcək. Senatın üçdə biri və bütün Nümayəndələr Palatasının üzvləri yenidən seçiləcəklər. Hər iki palata hazırda Respublikaçılar Partiyasının nəzarətindədir.

DİGƏR XƏBƏRLƏR

Top