
Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanettin Duran “X” sosial şəbəkə dəhifəsində bildirib.
Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində İstanbulda görüşlər keçiriləcək.
Görüşlərdə ikitərəfli əlaqələrə, Rusiya-Ukrayna müharibəsinə, Qara dənizdə təhlükəsizlik vəziyyətinə, eləcə də digər regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.
Tətbiqimizi yükləyə bilərsiniz