Zaur Rzayev vəfat etdi


Xalq artisti Zaur Rzayev vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun oğlu Azər Rzayev məlumat verib.
O, bu gün müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Xalq artistinin oktyabrın 14-də vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Zaur Rzayev 1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Müxtəlif musiqi kollektivlərində, o cümlədən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblına solist kimi fəaliyyət göstərib, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

DİGƏR XƏBƏRLƏR

Top