""Bariqa" deyir, polisin malını satıram, get şikayət elə" - Video


Videobloger Nail Kəmərlinin Binəqədi rayonunun Biləcəri qəsəbəsindən hazırladığı reportaj sosial şəbəkələrdə gündəm olub.
Yeniavaz.com
xəbər verir ki, reportaj N. Kəmərlinin "YouTube" kanalında yayımlanıb.
Videoda Biləcəridəki “narkotik yuvaları” işıqlandırılıb.
Yerli sakinlər ərazidə narkomaniyanın, narkotik satışının və istifadəsinin baş alıb getdiyini və onların qarşısının alınması üçün heç bir müdaxilə olunmadığını bildiriblər.
""Bariqa"nın nə Allahı, nə qeyrəti var. Mən ona nə söz deyim ki, o, bu sözü özünə götürsün. Bəsdirin, özünüzə baxın, silkələnin. Mən neçə nəfərə demişəm, bəsdirin, veməyin. Xeyri yoxdur, deyir polisin malını satıram, get şikayət elə. Gedib polisimə deməyim, bəs kimə deyim? Polisimə də deyirəm, polisim tutur. Səhəri gün görürük ki, əlini qolunu sallaya-sallaya gedir. Nə oldu? Məhkəmə buraxdı. Niyə? Məhkəmənin nə marağı var? Niyə buraxır da bu adamı?”, - Biləcəri sakini deyib.

Reportajda digər Biləcəri sakinləri də mövcud vəziyyətdən gileylənib, qəsəbədə bu kimi halların geniş yayılmasından narazılıqlarını bildiriblər.
Xatırladaq ki, videoblogerin daha əvvəl paytaxtın Cəlil Məmmədquluzadə (“Papanin”) küçəsindən hazırladığı eyni məzmunlu reportaj da sosial şəbəkələrdə gündəm olub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti son günlər paytaxtın müxtəlif ərazilərində narkomaniyaya qarşı əməliyyat tədbirlərinin keçirildiyini və bir sıra şəxslərin saxlanılması barədə məlumatlar yayıb.

DİGƏR XƏBƏRLƏR

Top