
Türkiyənin Şişli rayonundakı (İstanbul şəhəri) Heydər Əliyev Parkında yerləşən büstün götürüləcəyi və parkın yerində mədəniyyət mərkəzi tikiləcəyi ilə bağlı iddialar təkzib edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, Şişli Bələdiyyəsinin sözügedən ərazi ilə bağlı hər hansı işi və belə bir layihəsi yoxdur.
Mərkəz iki dost və qardaş ölkə arasındakı münasibətləri hədəf alan, ictimaiyyəti yanıltmağa yönələn təxribat və dezinformasiya xarakterli iddialara inanmamağa çağırıb.
Bazı sosyal medya hesaplarında yer alan “Şişli'deki Haydar Aliyev Parkı’nda bulunan büstün kaldırılacağı ve alanın yıkılarak yerine kültür merkezi yapılacağı” yönündeki iddialar asılsızdır. Şişli Belediyesinin söz konusu alana ilişkin yürüttüğü herhangi bir çalışma bulunmamakta olup; böyle bir proje gündemde de yer almamaktadır. İki dost ve kardeş ülke ilişkilerini hedef alarak; kamuoyunu yanıltmaya yönelik ortaya atılan provokasyon ve dezenformasyon içeren iddialara itibar edilmemesi önemle rica olunur.
— Dezenformasyonla Mücadele Merkezi (@dmmiletisim) November 3, 2026
Tətbiqimizi yükləyə bilərsiniz