ABŞ İsrailə yardımı dayandırır – Trampdan şok qərar


ABŞ 2026-cı ilin sonuna qədər İsrailə hər il ayırdığı 4 milyard dollarlıq yardımı dayandıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Tramp ABŞ ilə İsrail arasında İsrailə ildə 4 milyard dollarlıq yardımla bağlı razılaşma olduğunu, lakin bir neçə ay əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu yardımın dayandırılması barədə razılıq əldə edildiyini qeyd edib.
“Bir neçə ay əvvəl yardımı dayandıracağımıza dair razılığa gəldik və onlar da (israillilər) bununla razılaşdılar, çünki onlar çox uğurlu bir ölkəyə çevriliblər. İlin sonuna qədər İsrailə yardımları dayandıracağıq”, - Amerika lideri bildirib.
ABŞ prezidenti hansı sahədə yardımdan söhbət getdiyini dəqiqləşdirməyib.

DİGƏR XƏBƏRLƏR

Top