“Əgər Amerikada xalq məndən bezsə, İsrailə köçəcək, baş nazir olacağam” – Tramp


ABŞ Prezidenti Donald Tramp zarafatla prezidentlik müddəti bitdikdən sonra İsrailin Baş naziri vəzifəsinə namizədliyini irəli sürə biləcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə  “Fox News” telekanalına müsahibəsində qeyd edib.
Tramp həmçinin, İsraildə onun reytinqinin 99% olduğunu irəli sürüb.
“İsraildə reytinqim hazırda 99%-dir. Baş nazirliyə namizəd ola bilərəm. Beləliklə, bəlkə də bu (ABŞ-də prezidentlik müddəti - red.) bitdikdən sonra İsrailə gedə və baş nazirliyə namizədliyimi irəli sürə bilərəm”, - Amerika lideri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top