
İtaliyalı “Mercedes” pilotu Kimi Antonelli ilk titulunu 20 yaş 69 günlüyündə qazanaraq, “Formula 1”in ən gənc qalibi rekorduna imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Formula 1”in rəsmi saytında öz əksini tapıb.
Məlumata görə, o, Meksika Qran Prisində üçüncü yeri tutaraq, “Formula 1” tarixinin ən gənc qalibi olub.
Yarışda niderlandlı Maks Ferstappen (“Red Bull”) birinci olub. Britaniyalı Luis Hamilton (“Ferrari”) isə ikinci yeri tutub.
Qeyd edək ki, əvvəlki rekord 23 yaş 134 günlük qalib olan alman pilot Sebastyan Fettelə məxsus olub. Onun rekordu 2010-cu ildən bəri davam edib.
Tətbiqimizi yükləyə bilərsiniz