Bolqarıstan MSK Yotovanı prezident elan etdi


Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin ikinci turunun rəsmi nəticələrini açıqlayaraq, İliyana Yotovanın prezident, Kiril Valçevin isə vitse-prezident seçildiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyası MSK-nın qərarına istinadla məlumat yayıb.
Səsvermə məlumatları göstərir ki, seçilmiş prezident və vitse-prezident İliana Yotova və Kiril Valçev səslərin 57,566%-ni toplayıb. Onlara  1 093 852 nəfərdən çox seçici səs verib.
Digər namizədlər Andrey Qyurov və Georgi Kandev isə səslərin 39,483%-ni (750 251) toplayaraq 18%-dən çox geridə qalıblar.
Seçkilərin ikinci turunda seçici fəallığı 28,67% təşkil edib. İkinci turda səsvermədə birinci turdakı 1 525 000 seçiciyə qarşı 1 902 933 seçici iştirak edib.
Yotova və Valçev 22 yanvar 2027-ci ildə beş illik müddətə Bolqarıstan prezidenti və vitse-prezidenti vəzifələrinin icrasına başlayacaqlar.
Qeyd edək ki, Yotova Bolqarıstanda prezident seçilən ilk qadındır.

DİGƏR XƏBƏRLƏR

Top