
Elm və Təhsil Nazirliyi ölkədə kitab çapı və satışı ilə məşğul olan 17 şirkət ilə satınalma müqavilələri imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqavilələrin ümumi dəyəri 398 min 530 manat olub.
Qeyd edək ki, nazirlik ən çox “Roller Bird And Mammoth” MMC-dən, ən az isə “Aspoliqraf LTD” MMC-dən kitablar alacaq.
Elm və Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərinin kitabxanaları üçün aşağıdakı şirkətlərdən kitablar alacaq:
“XAN NƏŞRİYYAT” MMC (VÖEN: 2903015961) – 29 524 azn;
“TİNG” MMC (VÖEN: 1405471961) – 35 354 azn;
“TƏHSİL” NƏŞRİYYAT POLİQRAFİYA MMC (VÖEN: 1300379491) – 12 760 azn;
“STRAUSS PRESS” MMC (VÖEN: 1505982971) – 25 300 azn;
“ROLLER BIRD AND MAMMOTH” MMC (VÖEN: 1703025711) – 39 600 azn;
“READENG NƏŞRİYYATI” MMC (VÖEN: 1805308261) – 17 270 azn;
“RADİUS” MMC (VÖEN: 1401867361) – 13 200 azn;
“QƏLƏM” MMC (VÖEN: 1300694981) – 27 280 azn;
“QƏLƏM ÇİNGİZOĞLU” MMC (VÖEN: 1303551091) – 24 222 azn;
“QƏDİM QALA” MMC (VÖEN: 1402059961) – 13 200 azn;
“QANUN NƏŞRİYYATI” MMC (VÖEN: 1700670061) – 35 200 azn;
“PARAFRAZ” MMC (VÖEN: 5502335141) – 26 400 azn;
“NƏRGİZ NƏŞRİYYATI” MMC (VÖEN: 1601365831) – 14 960 azn;
“LİBRA KİTAB” MMC (VÖEN: 1504275961) – 25 300 azn;
“EVEREST - NƏŞRİYYAT EVİ” MMC (VÖEN: 1306342531) – 30 360 azn;
“ASPOLİQRAF LTD” MMC (VÖEN: 1500278721) – 6 600 azn;
“ALTUN KİTAB” MMC (VÖEN: 2000096021) – 22 000 azn.
Məlumat üçün bildirək ki, 2025-ci ildə Elm və Təhsil Nazirliyi dövlət ümumtəhsil məktəblərinin kitabxanaları üçün kitab almaq məqəsdilə 10 şirkət ilə 435 min 440 manat dəyərində müqavilə imzalayıb.
Nazirliyin 2025-ci ildə kitab aldığı şirkətlər aşağıdakılar olub:
“Xan Nəşriyyatı” MMC (VÖEN – 2903015961) – 29 760 manat;
“ReadEng Nəşriyyatı” MMC (VÖEN – 1805308261) – 39 060 manat;
“Qədim Qala” MMC (VÖEN – 1402059961) – 26 040 manat;
“Teas-Press Nəşriyyat Evi” MMC (VÖEN – 1701563481) – 85 800 manat;
“Altun Kitab” MMC (VÖEN – 2000096021) – 17 820 manat;
"Təhsil" Nəşriyyat-Poliqrafiya MMC (VÖEN – 1300379491) – 26 720 manat;
“Ağıllı Bala” MMC (VÖEN – 1903645361) – 48 640 manat;
“Everest Nəşriyyat Evi” MMC (VÖEN – 1306342531) – 51 850 manat;
“Nərgiz Nəşriyyatı” MMC (VÖEN – 1601365831) – 39 990 manat;
“Libra Kitab” MMC (VÖEN – 1504275961) – 69 760 manat.
Onu da bildirək ki, 2024-cü ildə Elm və Təhsil Nazirliyi 8 şirkət ilə ümumi dəyəri 749 min 717 manat 50 qəpik olan satınalma müqavilələri imzalayıb:
“Qanun Nəşriyyatı” MMC (VÖEN – 1700670061) – 319 095 manat;
“Teas-Press Nəşriyyat Evi” MMC (VÖEN – 1701563481) – 152 732,5 manat;
“Altun Kitab” MMC (VÖEN – 2000096021) – 105 300 manat;
"Təhsil" Nəşriyyat-Poliqrafiya MMC (VÖEN – 1300379491) – 58 500 manat;
“Ağıllı Bala” MMC (VÖEN – 1903645361) – 36 000 manat;
“Everest Nəşriyyat Evi” MMC (VÖEN – 1306342531) – 34 650 manat;
“Nərgiz Nəşriyyatı” MMC (VÖEN – 1601365831) – 29 940 manat;
“Libra Kitab” MMC (VÖEN – 1504275961) – 13 500 manat.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz