Bu şəxslərə hava limanlarının VİP salonlarından istifadə hüququ verildi – Siyahı


Azərbaycanda hava limanlarının VİP və rəsmi nümayəndə heyətləri salonlarından istifadə hüququ olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov noyabrın 3-də qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında bir sıra vəzifəli şəxslərə daxili hava daşımaları üzrə VİP salonlarından istifadə hüququ verilib.
Həmin şəxslər aşağıdakılardır:
Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi;
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisi;
Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan üzrə Baş İdarəsinin rəisi;
Xarici Kəşfiyyat Xidmətinin Naxçıvan üzrə Baş İdarəsinin rəisi;
Dövlət Miqrasiya Xidmətinin Naxçıvan Regional Miqrasiya Baş İdarəsinin rəisi;
Naxçıvan hərbi prokuroru;
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan üzrə Baş İdarəsinin rəisi;
Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu komandanı;
Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri;
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavini;
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı;
Hesablama Palatasının Naxçıvan üzrə İdarəsinin rəisi;
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri;
Naxçıvan Dövlət Universitetinin rektoru.
Bundan başqa, qərarla əvvəlki siyahının 41-ci hissəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri ilə bağlı müddəa çıxarılıb.
Eyni zamanda, VİP salonlarından istifadə qaydalarında da dəyişiklik edilib. Belə ki, qaydalarda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin adı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini ilə əvəzlənib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top