
Bu ilin sentyabr ayında xarici ölkələrdən Azərbaycana gələn 175 min 517 nəfər əcnəbi turist burada 320 milyon 193,5 min manat xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hər bir turist sentyabr ayında Azərbaycanda orta hesabla 1 824 manat pul xərcləyib.
Bu ilin sentyabr ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib – 44 min 791 nəfər. Rusiyadan gələn turistlər sentyabr ayı ərzində 81,3 milyon manat xərcləyib. Adambaşına düşən xərc isə 1 814 manat olub.
Qeyd edək ki, sentyabr ayında Azərbaycanda ən çox pul xərcləyənlər ABŞ vətəndaşları olub. Ay ərzində Azərbaycana gələn 3 min 115 ABŞ vətəndaşının hər biri burada orta hesabla 2 389 manat xərcləyib. İkinci yerdə 2 376 manatla Küveyt, üçüncü yerdə isə 2 356 manatla Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları qərarlaşıb.
Azərbaycanda ən az pul xərcləyənlər isə Türkmənistan və Tacikistandan gələn turistlər olub. Türkmənistan vətəndaşı olan şəxslər sentyabr ayında Azərbaycanda adambaşına orta hesabla 1 097 manat, Tacikistan vətəndaşları 1 417 manat, Gürcüstan vətəndaşı olan turistlər isə 1 438 manat xərcləyib.
Cədvəldə sentyabr ayında Azərbaycana gələn turistlərin burada xərclədiyi vəsaitin ölkələr üzrə bölgüsü əks olunub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz