
Fransa həbsxanalarındakı məhbusların sayı növbəti dəfə rekord həddə çataraq, 1 oktyabr tarixi üçün 90 min 900 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France Presse” (AFP) agentliyi Fransa Ədliyyə Nazirliyinin hesabatına istinadla məlumat yayıb.
Nazirliyin hesablamalarına görə, 1 oktyabr 2025-ci il tarixindən bəri artım 7,2% təşkil edib. Penitensiar müəssisələrdə yerlərin sayı isə cəmi 1,5% artaraq, 63 min 452-yə çatıb.
Qısamüddətli cəza çəkən və ya məhkəmə höğkmünü gözləyən məhbusların saxlanıldığı həbsxanaların orta doluluq nisbəti isə 178%-ə çatıb.
Fransa üzrə ümumi nisbət isə 143,3% olub.
AFP-nin məlumatına görə, Ədliyyə Nazirliyi daha ucuz hesab edilən modul tipli həbsxanalarda əlavə 3000 yer yaratmağı planlaşdırır.
Bunların yarısı artıq tikilməkdədir və ilk belə həbsxananın payızın sonuna qədər Fransanın şimal-şərqindəki Trua kommunasında açılması planlaşdırılır.
Lakin agentlik bildirir ki, 2018-ci ildə qəbul edilmiş plan çərçivəsində vəd edilmiş 15 min yerdən yalnız 8 mini tikilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransa həbsxanalarındakı bu vəziyyəti dəfələrlə pisləyib. Xüsusilə, 2023-cü ilin iyul ayında AİHM Fransanın həbsxanalarda həddindən artıq sıxlıq, pis şərait və vəziyyəti yaxşılaşdırmaq üçün məqsədyönlü səylərin olmaması kimi xroniki problemlərə məruz qaldığını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz