Zelenskinin keçmiş mətbuat katibinə ittiham irəli sürüldü – Dövlətə xəyanətə görə…


Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Baş Prokurorluğu Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendelə qiyabi olaraq dövlətə xəyanət ittihamı irəli sürüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, Mendel ictimai çıxışlarında Ukraynanı beynəlxalq səviyyədə nüfuzdan salır və respublika ərazisində hərbi əməliyyatlara haqq qazandırır.
O, hərbi vəziyyət şəraitində dövlətə xəyanət maddəsi ilə ittiham olunur.
“Təqsirləndirilən şəxs Ukraynadan kənarda olduğu üçün onun məsuliyyətə cəlb edilməsi ilə bağlı hərtərəfli tədbirlər davam etdirilir”, - təhlükəsizlik xidməti bildirir.
Qeyd edək ki, bundan bir neçə saat əvvəl Mendel Ukraynada səfərbərliyin işgəncəyə çevrildiyini bəyan etmiş, Zelenskinin insan həyatına pul qazanmaq üçün bir fürsət kimi baxdığını irəli sürmüşdü.
Daha əvvəl də o, Zelenski ilə bağlı oxşar fikirlər səsləndirmiş, onun Rusiya ilə davam edən münaqişədən ən çox faydalanan şəxs olduğunu iddia etmişdi. Hətta o, Ukrayna Prezidentinin şəxsi maraqlarına görə münaqişənin həlli ilə bağlı bir sıra razılaşmalardan imtina etdiyini irəli sürmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top