
Qrenlandiya parlamenti İnatsisartut Qrenlandiya, ABŞ və Danimarka arasında imzalanmış yeni Arktika üçtərəfli təhlükəsizlik sazişini təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Məlumata görə, azişin qüvvəyə minməsi üçün Danimarka parlamenti Folketinq tərəfindən 19 noyabrda təsdiqlənməlidir.
Agentlik bildirir ki, saziş ABŞ-nin Qrenlandiyadakı hərbi mövcudluğunun genişləndirilməsinə, o cümlədən adada iki yeni hərbi baza yaradılmasına imkan verir.
Qeyd edək ki, ABŞ, Qrenlandiya və Danimarka arasında saziş 22 sentyabrda Nyu-Yorkda imzalanıb. Bu, 1951-ci il sazişinin yenilənmiş versiyasıdır.
Tətbiqimizi yükləyə bilərsiniz