Yol polisinin avtomobillə piyadanı vurduğu qəza... - Video + Yenilənib


Xudat-Nabran avtomobil yolunda Xaçmaz DYPB-nin əməkdaşının xidməti avtomobillə piyadanı vurmasının kadrları yayılıb.
Yeniavaz.com
sosial şəbəkələrdə yayılan həmin kadrları təqdim edir:



***10:18
Xudat-Nabran avtomobil yolunda DYP əməkdaşı xidməti avtomobillə qəza törədib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Yeniavaz.com-a məlumat verib.
O bildirib ki, faktla bağlı araşdırma aparılır:
"Xudat-Nabran avtomobil yolunda hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu maşın vurub. Hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı dərhal piyadanı xəstəxanaya  çatdırıb. Hazırda müalicəsi davam etdirilir".

DİGƏR XƏBƏRLƏR

Top