
Noyabrın 2-də Ukraynanın Zaporojjya vilayətinin Kamışevaxa qəsəbəsində Rusiya hava hücumları nəticəsində ən azı 24 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat verib.
Məlumata görə çox sayda yaralı və itkin düşmüş şəxs də var.
Xidmətin məlumatına görə, həlak olanlar arasında iki xilasedici və dörd polis də var. Həmçinin yaralanan beş nəfərdən ikisi xilasedicidir.
Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, birinci hücumdan sonra ikinci hücum baş verib və daha doqquz bomba atılıb.
O, hücumların insanların humanitar yardım alarkən sığındığı məktəb binasını hədəf aldığını bildirib.
Zelenski həmçinin bildirib ki, Aleşkidəki humanitar əməliyyatdan sonra sülhə doğru addımlar gözləmək olardı, lakin Rusiya buna tam əks siqnal göndərir.
Qeyd edək ki, bundan əvvəl Zaporojye Regional Administrasiyasının rəhbəri Mixail Semikin 18 nəfərin öldüyünü təsdiqləmiş və 27 nəfərin hələ də itkin olduğunu qeyd etmişdi.
Rusiya hərbi rəsmiləri hələlik zərbələr və çox sayda mülki şəxsin ölümü ilə bağlı xəbərlərə münasibət bildirməyiblər.
Xatırladaq ki, Kamışevaxa cəbhə xəttinin yaxınlığında yerləşir və tez-tez atəşə tutulur.
Tətbiqimizi yükləyə bilərsiniz