ABŞ İranın Qeşm adasına zərbələr endirib – WSJ


ABŞ Silahlı Qüvvələri son həftələrdə İrana, o cümlədən Qeşm adasına gizli və məhdud zərbələr endirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
“Noyabrın 2-də, bazar ertəsi, ABŞ İranın Qeşm adasına zərbə endirib. Bu, Vaşinqtonun son həftələrdə İrana qarşı gizli şəkildə həyata keçirdiyi məhdud əməliyyatlar silsiləsinin növbəti epizodu olub. Həmin vaxt ABŞ Prezidenti Donald Tramp diplomatik razılaşma əldə etmək imkanından danışırdı”, – deyə nəşrin məlumatında bildirilir.
Qeyd olunur ki, ABŞ administrasiyasının bəzi nümayəndələri bu əməliyyatları müdafiə xarakterli kimi qiymətləndiriblər. Onların sözlərinə görə, məqsəd İranın Hörmüz boğazında ticarət gəmilərinə maneəsiz hücum etmək imkanını məhdudlaşdırmaqdır.
Bununla belə, müharibənin əvvəlki mərhələsindən fərqli olaraq, ABŞ bu zərbələr barədə açıq şəkildə məlumat verməyib.
“Rəsmilərdən birinin sözlərinə görə, Vaşinqton hərbi əməliyyatları qəsdən gizli saxlayır ki, bu addımlar genişmiqyaslı döyüş əməliyyatlarına qayıtmağa hazırlaşdığı təəssüratını yaratmasın”, - nəşr yazır.

DİGƏR XƏBƏRLƏR

Top