
Ermənistan hökuməti yeni Konstitusiya layihəsini noyabr ayında dərc etməyi planlaşdırır.
Yeniavaz.com “Armenpress” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında bildirib.
“Yeni Konstitusiya layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, təkliflər qəbul ediləcək və müzakirə olunacaq. Bu, yeni Konstitusiya layihəsinin cəmiyyətdə kifayət qədər müzakirə olunduğundan əmin olana qədər davam edəcək, bundan sonra yeni Konstitusiya layihəsinin növbəti müzakirəsini təşkil edəcəyik”, - deyə Paşinyan qeyd edib.
Baş nazir həmçinin qeyd edib ki, hökumət üçün qarşıdakı ən vacib vəzifələrdən biri Azərbaycanla sülh müqaviləsinin imzalanması və radifikasiya olunmasıdır.
Tətbiqimizi yükləyə bilərsiniz