Dünyada öldürülən jurnalistlərin sayı 20% artıb – YUNESKO


Dünya miqyasında öldürülən jurnalistlərin sayı 2024-2025-ci illərdə əvvəlki iki illə müqayisədə 20% artaraq 189-a çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat YUNESKO-nun yeni hesabatında öz əksini tapıb.
Hesabata görə, 2024-2025-ci illər arasında media nümayəndələrinin və kontent yaradıcılarının qətlə yetirilməsi hallarının sayı 2014-2015-ci illərdən bəri ən yüksək olub.
Sənəddə deyilir ki, təkcə ötən il son səkkiz ildəki illərdən daha çox jurnalist öldürülüb. Bu ölümlərin əksəriyyəti silahlı münaqişələrdə, o cümlədən pilotsuz təyyarələrin hücumlarında baş verib.
Ən çox jurnalist ölümü ərəb ölkələrində, eləcə də Latın Amerikası və Karib dənizi ölkələrində qeydə alınıb: orada müvafiq olaraq 97 və 37 media nümayəndəsi öldürülüb.
YUNESCO-nun məlumatlarına görə, son iki ildə ən çox jurnalist Fələstində öldürülüb  - ən azı 62 nəfər.
Sənəddə həmçinin son iki ildə Ukraynada 12, Rusiyada isə 2 jurnalistin öldürüldüyü bildirlir.

DİGƏR XƏBƏRLƏR

Top