“Vikinq” - “Sabah” oyununu onlar idarə edəcək


“Sabah” və Norveçin “Vikinq” komandaları arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək görüşün hakimləri müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytına öx əksini tapıb.
Məlumata görə, Norveçdə baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.
Qeyd edək ki, “Vikinq” - “Sabah” arasında oyun noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, “Sabah” indiyədək üç oyun keçirib. Komandanın bir qələbəsi və iki məğlubiyyəti var. Komanda üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşır.

DİGƏR XƏBƏRLƏR

Top