
Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Paşa Holdinq”in Türkiyədə təsis etdiyi “Paşa Bank Türkiyə”nin (“Paşa Yatırım Bankası A.Ş.”) bu ilin ilk yarısında 192 milyon lirə (3 milyon 840 min dollar) xalis mənfəət əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat bankın açıqladığı maliyyə hesabatında yer alıb.
Hesabatda bildirilir ki, 2025-ci ilin eyni dövründə bankın xalis mənfəəti 277 milyon lirə (5 milyon 540 min dollar) olub. Beləliklə, bankın mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 85 milyon lirə və ya 30,7 faiz azalıb.
Hesabat dövründə bankın faiz gəlirləri 1 milyard 158 milyon lirə (23 milyon 160 min dollar) təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövründə 1 milyard 100 milyon lirə (22 milyon dollar) olub.
Bankın faiz xərcləri isə 763 milyon lirəyə (15 milyon 260 min dollar) yüksəlib. Ötən ilin ilk yarısında bu göstərici 761 milyon lirə (15 milyon 220 min dollar) təşkil edib.
Hesabata görə, bankın işçi heyəti ilə bağlı xərclər 146 milyon lirədən (2 milyon 920 min dollar) 204 milyon lirəyə (4 milyon 80 min dollar) yüksəlib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz