
İranın Ali Lideri Müctəba Xamenei hökumətə ABŞ ilə münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparmaq səlahiyyəti verib.
Yeniavaz.com İran Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Prezident Məsud Pezeşkian bildirib.
“Biz problem dialoq yolu ilə həll etmək üçün səy göstəririk və bu məsələdə Ali Lider hökumətə müəyyən səlahiyyətlər verib”, - İran Prezidenti qeyd edib.
İran Prezidenti həmçinin, Amerika və İsrailin İrana qarşı müharibəsi nəticəsində yaranan çətinliklərin və böhranların aradan qaldırılmasında ölkə əhalisinin iştirakının vacibliyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz