
Qərbi Qazaxıstanda dövlət çevrilişi cəhdinin qarşısı alınıb .
Yeniavaz.com “Tengrinews” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
Agentliyin məlumatına görə, çevrilişi cəhdi ilə bağlı ümumilikdə 10 nəfər saxlanılıb.
“Qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorla dəyişdirməyi” planlaşdıran 10 nəfərdən ibarət qrup saxlanılıb. Onlar ekstremist qrup yaratmaqda, ona rəhbərlik etməkdə və onun fəaliyyətlərində iştirak etməkdə, eləcə də terrorizmi təbliğ etməkdə və dini nifrəti qızışdırmaqda şübhəli bilinirlər”, - Milli Təhlükəsizlik Komitəsi qeyd edir.
Komitə həmçinin qeyd edir ki, axtarışlar zamanı şübhəlilərdən silah, ədəbiyyat, narkotik və digər dəlillər müsadirə edilib.

Tətbiqimizi yükləyə bilərsiniz