"Kərim Əlimərdanov 49 dəfə başımda eyni nöqtəyə "dubinka" ilə vurdu" - Video


Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti sanksiyaya məruz qalan fərdlərin siyahısını dərc edib. Siyahıya Azərbaycandan ilk dəfə olaraq “Bandotdel” kimi tanınan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Kərim Heydər oğlu Əlimərdanov da daxil edilib.
Yeniavaz.com
“Meydan TV”yə istinadla xəbər verir ki, sanksiya siyahısına onun 2015 və 2016-cı illərdə insan hüquqlarını pozması və məhbuslara işgəncə verilməsində iştirakına görə daxil edildiyi bildirilir. Kərim Əlimərdanovun adı Nardaran işində və gənc fəal Elgiz Qəhrəmanın məhkəmə prosesində hallanıb. 2016-cı ilin avqustunda həbs olunan ictimai-siyasi fəal Elgiz Qəhrəman da şəxsən Kərim Əlimərdanov tərəfindən qeyri-insani rəftara məruz qalanlardandır. O, sanksiya haqqında qərarı eşitdikdən sonra unutduğu günlərə geri qayıdıb. Elgiz işgəncələrin onun səhhətində iz qoyduğunu və azadlığa çıxdıqdan sonra psixoloji yardım aldığını bildirir. "Kərim Əlimərdanov əlində "dubinkayla" başımın eyni nöqtəsinə dəfələrlə zərbə endirirdi. Və ancaq eyni nöqtəyə vururdu. Hətta mən bu zərbələri saydım, 49-a kimi saya bildim, 49-dan sonra özümdən getmişdim" ,- Elgiz Qəhrəman deyir.
Ətraflı süjetdə:

DİGƏR XƏBƏRLƏR

Top