Deputat Milli Məclisi “danışmaqxana” adlandırdı, spiker etiraz etdi


“Bu Milli Məclisdir, danışmaqxanadır”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu deputat Səyyad Aran “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı deyib.
“Mənim haqqım on dəqiqədir. Hərə bir yandan gah 5 dəqiqə, gah 3 dəqiqə deyir. Ay qardaş, danışmaq istəmirsən, danışma. Başqalarına niyə yol göstərirsən? Bu Milli Məclisdir, danışmaqxanadır! Senatda, parlamentlərdə danışığa sərhəd qoyulmur”, - deyə Səyyad Aran qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova isə Milli Məclisin “danışmaqxana” adlandırılmasına düzgün saymayıb:
“Birincisi, Milli Məclis “danışmaqxana” deyil. Xahiş edirəm, parlament etikasına və leksikasınadan istifadə edin. Bu bir. İkincisi isə təklif olundu ki, reqlament beş dəqiqə olsun. Səs çoxluğu ilə bu qəbul edildi. Siz gördünüz, bundan əvvəl İlham Məmmədov cümləsini qurtarmamışdı, dedim, əlavə bir neçə dəqiqə də verilsin. Mən onu sizə də verəcəm. Siz büdcə məsələsinə yenə də ittihamdan başlayırsınız. Xahiş edirəm, buyurun, nə qədər istəyirsiniz, ürəyiniz nə qədər istəyir, danışın”.

DİGƏR XƏBƏRLƏR

Top